Azərbaycanın NATO-dakı nümayəndəsi Mövlud Çavuşoğlu ilə görüşüb

Azərbaycanın NATO-dakı nümayəndəsi Cəfər Hüseynzadə Kopenhagendə Türkiyə Böyük Millət Məclisinin xarici əlaqələr komitəsinin üzvü, ölkənin keçmiş xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.

Olaylar.az xəbər verir ki, bunu C.Hüseynzadə "X" hesabında yazıb.

Görüş NATO Parlament Assambleyasının Kopenhagendə keçirilən 69-cu plenar iclası çərçivəsində baş tutub.

C.Hüseynzadə və M.Çavuşoğlu qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31