Türkiyə sahillərində növbəti dəfə mina aşkarlanıb

Qara dənizdə, Türkiyənin şimal-qərb sahillərində növbəti dəfə mina aşkar edilib.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib.

Qeyd olunur ki, mina Kefken adası yaxınlığında patrul təyyarəsi tərəfindən aşkarlanıb. Həmin bölgə təhlükəsizlik məqsədilə əhatəyə alınıb və minanın zərərsizləşdirilməsi üçün mütəxəssislər cəlb edilib.

Xatırladaq ki, mart ayının sonlarında Türkiyə sularında bir neçə dəfə, eləcə Rumıniya və Bolqarıstan sahillərində dəniz minaları aşkar edilmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31