Türkiyə XİN: Buçadakı görüntülər utanc vericidir

Kiyev yaxınlığındakı müxtəlif bölgələrdən, o cümlədən Buçaİrpindən mətbuatda əksini tapan görüntülər insanlıq üçün dəhşətli və kədərlidir. Bu barədə Türkiyə XİN rəsmi internet səhifəsində bəyanat paylaşıb.

Türkiyə Xarici İşlər Nazirliyinin bəyanətinə əsasən, günahsız mülki şəxslərin hədəfə alınması qəbuledilməzdir. Mövzunun müstəqil araşdırmaya məruz qalması, məsuliyyət daşıyanların müəyyən edilməsi və məsuliyyətə cəlb olunması bizim əsas gözləntimizdir.

Türkiyə insanlıq üçün bu cür utanc verici səhnələrə son qoymaq və ən qısa zamanda sülhün təmin edilməsi üçün çalışmalarına davam edəcək.

Milli.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31