Qazaxıstanla İKT sahəsində əməkdaşlıq müzakirə edilib

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Qazaxıstan tərəfindən həmsədri, ticarət və inteqrasiya naziri Baxıt Sultanovla görüşüb.

Görüşdə nəqliyyat və İKT sahəsində ikitərəfli əməkdaşlığımız müzakirə edilib.

"OLAYLAR"-a nazirlikdən bildirilib ki, ölkələrimiz üzərindən keçən beynəlxalq nəqliyyat dəhlizləri üzrə yükdaşımaların həcminin artırılması üçün dəhliz üzərindəki daşıma tariflərinin unifikasiyası, gömrük prosedurlarının sinxronlaşdırılmasının vacibliyi vurğulanıb.

Qeyd edək ki, Baxıt Sultanovun başçılıq etdiyi Qazaxıstan nümayəndə heyəti Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 17-ci iclasında iştirak məqsədilə ölkəmizdə səfərdədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31