Sülhməramlılarımız ƏFQANISTANDA-VİDEO

Əfqanıstan İslam Respublikasının Kabil Beynəlxalq Hava Limanında xidməti vəzifələrini yerinə yetirən Azərbaycan sülhməramlılarının ümumi vəziyyəti sabitdir.

Əfqanıstan İslam Respublikasının Kabil Beynəlxalq Hava Limanında xidməti vəzifələrini yerinə yetirən Azərbaycan sülhməramlılarının ümumi vəziyyəti sabitdir.

Müdafiə Nazirliyindən  verilən məlumata görə, sülhməramlılarımız hazırda onlar üçün müəyyən olunmuş sektorda mühafizə və müdafiə tapşırıqlarını yerinə yetirir.

Azərbaycan Ordusunun 120 nəfərdən ibarət  sülhməramlı bölməsi Türkiyə qüvvələri ilə birlikdə hava limanının təhlükəsizliyini təmin etmək məqsədilə xidməti vəzifələrinin icrasını davam etdirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31