İrandan SƏRT QARŞILIQ- Rusiyadan ÜZR İSTƏMƏSİNİ TƏLƏB EDİR
İran Xarici İşlər Nazirliyi Rusiya və Böyük Britaniyanın Tehrandakı səfirlərinin üzr istəməsini tələb edib
12 Avqust 2021 13:10 Xarici siyasətİran Xarici İşlər Nazirliyi Rusiya və Böyük Britaniyanın Tehrandakı səfirlərinin üzr istəməsini tələb edib.
Ranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Rusiya və Böyük Britaniyanın Tehrandakı səfirləri Levan Caqaryanla Saymon Şerlkiff çəkdirdikləri fotoya etiraz edib.
Bildirilib ki, səfirlər Rusiyanın Tehrandakı Səfirliyinin binasının pilləkənlərində şəkil çəkdiriblər. Caqaryan yazıb ki, bura 1943-cü ildə məşhur Tehran konfransının keçirildiyi yerdir.
Məhəmməd Cavad Zərif fotoya etiraz edərək yazıb: "Bu gün uyğun olmayan bir foto gördüm. 1943-cü ildə deyil, 2021-ci ildə olduğumuzu hamının yadına salmağımıza ehtiyac var. İran xalqı nüvə müzakirələri prosesində olduğu kimi özünün suverenliyi ilə bağlı qərarların xarici dövlətlər və səfirliklər tərəfindən müəyyən edilmədiyini artıq sübut edib".
Qeyd edək ki, Tehran konfransı 1943-cü il 28 noyabr - 1 dekabr tarixlərində anti-Hitler koalisiyası liderlərinin - İosif Stalin (SSRİ), Franklin Ruzvelt (ABŞ) və Uinston Çörçillin (Böyük Britaniya) iştirakı ilə keçirilib. (az24)