Jirinovski onu və rus xalqını təhqir etdiyi üçün Azərbaycanın keçmiş səfirini məhkəməyə verəcək

Rusiya Liberal Demokrat Partiyasının rəhbəri Vladimir Jirinovski Azərbaycanın keçmiş diplomatı İsfəndiyar Vahabzəni məhkəməyə verməyə hazırlaşır.

Rusiya Liberal Demokrat Partiyasının rəhbəri Vladimir Jirinovski Azərbaycanın keçmiş diplomatı İsfəndiyar Vahabzəni məhkəməyə verməyə hazırlaşır.

Olaylar.az  "RIA Novosti"yə istinadla xəbər verir ki, buna səbəb Vahabzadənin Jirinovskiyə etdiyi videomüraciətdir.

Belə ki, İ. Vahabzadə vaxtaşırı Azərbaycan xalqına qarşı təhqiredici çıxışlar edən Jirinovskiyə müraciət edərək onu və rusları təhqir edib: "Volodya, qulaq as, piyli donuz, qoca uzunqulaq. Nə vaxtsa bizi "qoyun" adlandırmışdın və bilmirəm niyə bu barədə hər kəs susmuşdu. Donuz kimi iy verirsən, millətiniz də iy verir. Mən sizin üçün İranda işləmişəm, rus donuzlarının nə etdiyini bilirəm. Boş-boş işlərlə məşğuldurlar, iy verirlər. Qoxunuz artıq bütün dünyaya yayılır. Nəfəs almaq mümkün deyil".

Rusiya Liberal Demokrat Partiyasının rəhbəri isə öz növbəsində bunu cəzasız qoymayacağını qeyd edib: "Azərbaycan Respublikasının rəhbərinə cinayət işinin başlanması tələbi ilə sərt bir məktub göndərəcəyik. Bu təhqir dəhşətlidir. Bu, orta əsrlər səviyyəsindədir", - Jirinovski deyib.

Xatırladaq ki, İsfəndiyar Vahabzadə filologiya elmləri doktoru, professor, diplomat və Moldova Respublikası Elmlər Akademiyasının həqiqi üzvüdür. O, 1997-1999-cu illərdə Pakistan İslam Respublikasında Azərbaycan Respublikasının Fövqəladə və Səlahiyyətli səfiri, 1999-2002-ci illərdə Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi, 2005-2011-ci illərdə Azərbaycan Respublikasının Moldova Respublikasındakı Fövqəladə və səlahiyyətli səfiri, 2011-2017-ci illər ərzində isə Azərbaycan Respublikasının Belarus Respublikasındakı Fövqəladə və səlahiyyətli səfiri vəzifələrində çalışıb.Azərbaycanın xalq  şairi Bəxtiyar Vahabzadənin oğludur.

 
 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31