Ermənistan parlamentində qalmaqal: Spiker Paşinyana “kapitulyant” deyən deputatı zaldan qovdu
Ermənistan parlamentində müxalifət-iqtidar davası getdikcə qızışmağa başlayır.
11 Avqust 2021 14:02 Xarici siyasətErmənistan parlamentində müxalifət-iqtidar davası getdikcə qızışmağa başlayır.
"Sputnik Ermənistan"ın məlumatına görə, Ermənistan parlamentinin spikeri Alen Simonyan "Mənim şərəfim var" blokunun deputatı Anne Mkrtçyanın parlamentin 11 avqust iclasında iştirakını qadağan edib.
Buna qədər artıq deputata çıxışı zamanı baş nazir Nikol Paşinyanı adı ilə müraciət etdiyi və onu "kapitulyant" adlandırdığı üçün xəbərdarlıq edilib. Bu dəfə isə "Vətəndaş sazişi" partiyasından olan deputat Eduard Ağacanyanın Xarici Əlaqələr üzrə daimi komissiyanın rəhbəri vəzifəsinə namizədliyinin müzakirəsi zamanı Mkrtçyan hakimiyyəti kəskin tənqid edib və son sözləri bu cür olub: "Bütün bunların günahkarı isə sizin kapitulyant Nikolunuzdur". (oxu.az)