Rusiyaya ALMA İXRACI ARTIR-SƏBƏB

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti avqustun 10-dan etibarən Azərbaycanın daha 8 müəssisəsinə Rusiyaya alma tədarük etməyə icazə verib.

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti avqustun 10-dan etibarən Azərbaycanın daha 8 müəssisəsinə Rusiyaya alma tədarük etməyə icazə verib.

Olaylar.az axar.az-a istinadən xəbər verir ki, qərar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) ölkədə alma yetişdirən müəssisələrin fitosanitar monitorinqinin nəticələrinə dair məlumatlarının təhlili əsasında, habelə səlahiyyətli şəxslərin zəmanəti ilə verilib.

Xatırladaq ki, Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ötən ayın sonunda Azərbaycandan 187 müəsssisəyə pomidor tədarük etməyə icazə vermişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31