Türkiyədə polis PKK-çı canlı bombanı məhv edib- FOTO

Mardinin Nusaybin rayonunda polisə doğru qaçaraq əlindəki bombanı partlatmağa çalışan PKK terrorçu güllələnərək öldürülüb.

Mardinin Nusaybin rayonunda polisə doğru qaçaraq əlindəki bombanı partlatmağa çalışan PKK terrorçu güllələnərək öldürülüb.

Olaylar.az avropa.info-a istinadən xəbər verir ki, məhv edilən terrorçunun üzərində 2,5 kq partlayıcı maddə olduğu təsbit edilib.

Türk polisi dünən səhər saatlarında şübhələndikləri bir şəxsi dayandırmaq istədilər. Şübhəli, polisin "dur" əmrinə və havaya atəş açmasına tabe olmayaraq hüquq mühafizə əməkdaşlarının üzərinə qaçaraq, üzərindəki bombanı partlatmağa cəhd edib.

Şübhəli polis tərəfindən güllələnərək öldürülüb. Hadisə yerində geniş təhlükəsizlik tədbirləri alınarkən, şübhəlinin üzərindəki partlayıcı maddə mütəxəssis qruplar tərəfindən zərərsizləşdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31