Terrorçular ŞƏHƏRİ ƏLƏ KEÇİRDİ

Əfqanıstanın şimalında Səməngən əyalətinin mərkəzi şəhəri Aybək “Taliban” hərəkatının nəzarətinə keçib.

Əfqanıstanın şimalında Səməngən əyalətinin mərkəzi şəhəri Aybək "Taliban" hərəkatının nəzarətinə keçib. Olaylar.az  "Al Jazeera"ya istinadən xəbər verir ki, bu, hərəkatın son 4 gündə ələ keçirdiyi sayca 6-cı əyalət mərkəzidir. Ötən gün "Taliban", həmçinin ölkənin şimalındakı ən böyük şəhər olan Məzari-Şərifə hücuma keçdiklərini açıqlamışdı.Daha əvvəl isə "Taliban" dövlət sərhədlərinin 90 faizinə nəzarət etdiklərini bildirsə də, Müdafiə Nazirliyi bunu təkzib etmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31