“Rus NATO-su”nun baş katibi Ermənistana gəldi- SON DƏQİQƏ
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas Ermənistana işgüzar səfərə gəlib.
9 Avqust 2021 11:31 Xarici siyasətOlaylar.az xəbər verir ki, bu barədə təşkilatın mətbuat katibi Vladimir Zaynetdinov açıqlama verib.
Onun sözlərinə görə, Zas İrəvanda ölkənin hərbi-siyasi rəhbərliyi ilə görüşlər keçirəcək.
İki gün ərzində onun Baş nazir Nikol Paşinyan, xarici işlər naziri vəzifəsini icra edən Armen Qriqoryan və Müdafiə naziri Arşak Karapetyanla görüşü planlaşdırılır.
Görüşlər zamanı Stanislav Zas KTMT -nin məsuliyyət zonasında yaranmış vəziyyət, habelə Kollektiv Təhlükəsizlik Şurasının növbəti sessiyasına hazırlıq barədə erməni tərəfini məlumatlandıracaq. (teleqraf.com)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31