Xankəndindən Kremlin Moldovadakı separatçı uzantısına zəng...- “Əlaqələri dərinləşdirək”...

“Tərəflər qarşılıqlı maraq doğuran məsələlər ətrafında mütəmadi müzakirələrin aparılmasının vacibliyini vurğulayıblar...”

"Tərəflər qarşılıqlı maraq doğuran məsələlər ətrafında mütəmadi müzakirələrin aparılmasının vacibliyini vurğulayıblar..."

Bu gün - avqustun 6 -da Azərbaycan torpaqlarındakı Rusiya hərbi kontingentinin himayəsində hələ də bəslənən separatçı-terrorçu erməni rejimi tör-töküntülərinin "xarici işlər naziri" sayılan  David Babayan ad-soyadlı məxluq Moldova Respublikası ərazisində Kremlin dəstəyi ilə qondarılmış "Dnestryanı respublika"nın "xarici işlər naziri" Vitali İqnatyevə  telefon  açıb. 

Olaylar.az xəbər verir ki, bu haqda Xankəndindəki separatçı rejimin  qanunsuz saytı məlumat yayıb.

Telefon danışığı zamanı qondarma separatçı "nazir"lər "ikitərəfli əlaqələr, xarici işlər nazirlikləri arasında əməkdaşlıq və regional proseslərlə bağlı məsələləri müzakirə ediblər.

Tərəflər əlaqələri daha da genişləndirməyin və dərinləşdirməyin, qarşılıqlı maraq doğuran məsələlər ətrafında mütəmadi müzakirələrin aparılmasının vacibliyini vurğulayıblar"- üzdəniraq məlumatda belə deyilir. (moderator.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31