Rusiya hərbi bazalarını AKTİVLƏŞDİRƏCƏK- SERGEY ŞOYQU
Bu halda Rusiya hərbi bazaları aktivləşdiriləcək - Şoyqu
6 Avqust 2021 10:20 Xarici siyasətƏfqanıstandan birbaşa hücum olarsa, Rusiyanın Tacikistan və Qırğızıstandakı hərbi bazaları aktivləşdiriləcək. Ümid edirik ki, Talibanla mövcud razılaşmalar yerinə yetiriləcək. Ancaq keçmiş təcrübəyə əsasən buna inanmaq çətindir. Bu məqamda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) üzvlərimizə bacardığımız qədər dəstək olmalı və kömək etməliyik.
Olaylar.az. xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu bəyan edib.
"Tacikistandakı bazamız kifayət qədər güclüdür və əlbəttə ki, birbaşa hücum olduğu təqdirdə KTMT sərhədlərini qorumaq üçün aktivləşdiriləcək. Eyni şey Qırğızıstandakı bazamıza da aiddir. Belə bir ehtiyac ola bilər", - Şoyqu qeyd edib. (axar.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31