SON DƏQİQƏ- İranda yük gəmiləri yanır- Hadisəni KİM TÖRƏDİB?
İranın cənubunda yerləşən Buşehr vilayətinin Genave limanında 5 ədəd kiçik ticarət gəmisi yanıb.
5 Avqust 2021 11:18 Xarici siyasətİranın cənubunda yerləşən Buşehr vilayətinin Genave limanında 5 ədəd kiçik ticarət gəmisi yanıb. Olaylar.az -ın redaktor.az-a istinadən verdiyi məlumata görə, bunu İranın Genave rayonu qubernatoru Qulamrza Mehrcu deyib.
Q.Mehrcunun sözlərinə görə, hadisə nəticəsində 4 məhsulla dolu gəmi və bir boş gəmi tamamilə yanıb.
Yanğının digər gəmilərə keçməsinin qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, bu limanda mindən çox yük gəmisi yan alır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31