Nazir müavini: “Azərbaycan Türkiyədə baş verən meşə yanğınlarının söndürülməsi üçün 53 texnika göndərir”

“Azərbaycan Türkiyədə baş verən meşə yanğınlarının söndürülməsi üçün texnikalar göndərib”.

"Azərbaycan Türkiyədə baş verən meşə yanğınlarının söndürülməsi üçün texnikalar göndərib".

Bunu jurnalistlərə açıqlamasında fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev deyib.

"Bu gün bizim ikinci mərhələyə aid olan 53 texnika Türkiyəyə yola salınır. Onların içərisində beş xüsusi riskli xilasetmə xidmətinin xüsusi təyinatlı avtomobili və Dövlət Yanğından Mühafizə Xidmətinin digər yanğın texnikaları var. Bunlar iki sutka ərzində yol gedəcəklər və Marmarisə çatıb işə cəlb olunacaqlar", - deyə nazir müavini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31