Giorgi Qaxariya: Gürcüstan Rusiya ilə danışıqlara başlamalıdır

Gürcüstan ilə Rusiya arasında danışıqlar tez bir zamanda başlamalıdır.

 

Biz tez bir zamanda Rusiya ilə danışıqlara başlamalıyıq. Bizim əvəzimizə heç kim Rusiya ilə danışmayacaq. Bu danışıqları soyuq bir düşüncə və praqmatik şəkildə atmalıyıq.
"Olaylar.az" "AZƏRTAC"a istinadən xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Gürcüstanın sabiq baş naziri, "Gürcüstan naminə" Partiyanın sədri Giorgi Qaxariya söyləyib.
Onun sözlərinə görə, Gürcüstan ilə Rusiya arasında danışıqlara tez bir zamanda başlanılmalıdır. Danışıqlar prosesinin gecikməsi ən çox Gürcüstanın ziyanınadır.
"Hamımız başa düşməliyik ki, bu bizim söhbətimizdir. Bizim əvəzimizə heç kim bu danışıqları aparmayacaq. Təbii ki, bizim bu addımımız beynəlxalq tərəfdaşlarımız tərəfindən dəstəklənməlidir", - deyə, Qaxariya vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31