ABŞ Dövlət Departamentinin rəsmisi Bakıya gəlir

ABŞ dövlət katibinin köməkçisinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə birinci müavini Elis Uells 27-29 iyun tarixlərində Bakıya səfər edəcək. Bu barədə Dövlət Departamentinin saytında yerləşdirilən məlumatda bildirilir. Qeyd olunur ki, Uells Bakıda keçiriləcək Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun toplantısında iştirak edəcək.

ABŞ dövlət katibinin köməkçisinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə birinci müavini Elis Uells 27-29 iyun tarixlərində Bakıya səfər edəcək.

Bu barədə Dövlət Departamentinin saytında yerləşdirilən məlumatda bildirilir.

Qeyd olunur ki, Uells Bakıda keçiriləcək Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun toplantısında iştirak edəcək.

Məlumatda həmçinin bildirilir ki, iclasın kuluarlarında dövlət katibinin köməkçisinin müavini Uells Azərbaycan hökumətinin yüksək səviyyəli rəsmiləri ilə görüşəcək: "Uells onlara Əfqanıstan hökumətinə və NATO-nun Əfqanıstandakı "Qətiyyətli Dəstək" missiyasına dəstəklərinə görə təşəkkürünü bildirəcək".

Qeyd edək ki, Təmas Qrupunun toplantısı iyunun 28-də Bakıda keçiriləcək. Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31