Qırğızıstanın parlamentinin sədri Bakıya gələcək
15 Dekabr 2016 14:01 Xarici siyasətQırğızıstanın Joqorku Keneşinin (parlament) sədri Çınıbay Tursunbekov gələn həftə Azərbaycana səfər edəcək. "Olaylar" xəbər verir ki, bu barədə Qırğızıstanın Azərbaycandakı səfirliyindən məlumat verilib. Ç.Tursunbekovun Bakıya 21-22 dekabrda səfər edəcəyi gözlənilir. O, Bakıda TürkPA Katibliyinin yeni inzibati binasının açılış mərasimində iştirak edəcək. Bundan əvvəl, dekabrın 17-də Bişkekdən Bakıya nümayəndə heyəti də gələcək. Səfərin məqsədi gündəlikdə duran məsələləri, eləcə Qırğızıstan parlamentinin sədrinin səfərini müzakirə etməkdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31