Valeh Ələsgərov: “GUAM-ın nüfuzu ildən-ilə artır”
15 Dekabr 2016 13:57 Xarici siyasət"GUAM-ın nüfuzu ildən-ilə artır, daha çox ölkə və beynəlxalq təşkilat bu qurumla əməkdaşlığa maraq göstərir". "Olaylar" xəbər verir ki, bunu GUAM - Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilatın Parlament Assambleyasının doqquzuncu sessiyasının açılışında Milli Məclisin sədr müavini Valeh Ələsgərov deyib. GUAM-ın regional təhlükəsizliyin təmin olunmasında vacib rol oynadığını qeyd edən V.Ələsgərov GUAM PA-nın üzv ölkələr arasında əməkdaşlıq üçün mühüm istiqamət ola biləcəyini bildirib. Vitse-spiker əlavə edib ki, təşkilat, həmçinin region ölkələri arasında dialoqun inkişaf etdirilməsi və məhkəmləndirilməsinə böyük tohfə verir: "GUAM ölkələrinin həyata keçirdiyi transmilli layihələr Avropanın enerji təhlükəsizliyini təmin edir".V.Ələsgərov GUAM məkanındakı mövcud münaqişələrə də toxunub: "Üzv ölkələr bu məsələdə də vahiq mövqedən çıxış edirlər və münaqişələrin əleyhinədir. Ümidvaram ki, göstərilən səylər öz nəticəsini verəcək və bütün münaqişələr beynəlxalq norma və prinsiplərə uyğun nizamlanacaq".