COP29-da iştirak edəcək xarici qonaqlar üçün ölkədaxili tanıtım səfərləri təşkil ediləcək
7 Noyabr 2024 12:37 TurizmDövlət Turizm Agentliyi noyabrın 11-22-də Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak edəcək xarici qonaqlar üçün ölkədaxili tanıtım səfərləri təşkil edəcək.
Olaylar dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, bu səfərlər 159,4 min manata başa gələcək.
Belə ki, xarici qonaqlar Bakı və regionlardakı muzeylərə, teatr, opera, qalereya, ekoparklara aparılacaq. Onlar üçün Azərbaycan şərablarının dequstasiyası da nəzərdə tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31