Qətərdə Azərbaycanın turizm imkanlarının təbliğinə həsr olunmuş işgüzar tədbir keçirilib
24 Noyabr 2023 12:28 TurizmXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Noyabrın 21-də Azərbaycan Turizm Bürosu tərəfindən ölkəmizin turizm sənayesinin 7 üzvü, Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfiriliyin nümayəndəsi və Qətər turizm sektorunu təmsil edən üzvlər üçün işgüzar şam yeməyi təşkil edilib.
Olaylar.az xəbər verir ki, tədbirin məqsədi Qətər və Azərbaycan arasında mövcud turizm əlaqələrini genişləndirmək, turizm destinasiyası kimi Azərbaycan haqqında məlumatlılığı artırmaq, işgüzar turizmin təbliği və digər mövzularda əməkdaşlığı gücləndirməkdir.
Tədbir zamanı Azərbaycanın turizm imkanları haqqında təqdimat təşkil olunub.
Təqdimatdan sonra yerli tərəfdaşlar tərəfindən təsadüfi seçim əsasında qonaqlara hədiyyələr və sertifikatlar təqdim edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31