Turizm gəlirləri artıb- ÖZƏL

Cari ilin iyul, avqust və sentyabr aylarında Türkiyənin turizm gəlirlərində artım qeydə alınıb.

"OLAYLAR" Türkiyənin Statistika Təşkilatına istinadən bildirir ki, qeyd edilən müddətdə bu sahədə gəlirlər keçən ilin müvafiq dövrü ilə müqayisədə 13,1% artaraq 20 milyard 225 milyon 317 min dollara çatıb. Turizm gəlirlərinin 16,5 faizi xaricdə yaşayan və ölkəyə səfər edən Türkiyə vətəndaşlarından əldə edilib.
Məlumata görə, turistlər səyahətlərini şəxsi hesabları və ya paket turlar əldə etməklə həyata keçiriblər.  Qeyd olunan müddətdə sərf olunan xərclərin 14 milyard 644 milyon 632 min dollarını şəxsi xərclər, 5 milyard 580 milyon 686 min dollarını isə paket tur xərcləri təşkil edib. Ötən ilin müvafiq rübü ilə müqayisədə ziyarətçilərin sayı 6,8% artıb

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31