Turizm gəlirləri artıb - ÖZƏL

Türkiyənin turizm sahəsində əldə etdiyi gəlirlər caari ilin üçüncü rübündə 13,1 faiz artıb. 

"OLAYLAR" Türkiyə Statistika Təşkilatına istinadən bildirir ki, nəticədə bu sahədə əldə edilən gəlirlər göstərilən müddətdə 20 milyard 225 milyon 317 min dollara çatıb. 
Məlumatda qeyd edilir ki, turizm gəlirlərinin 16,5 faizi xaricdə yaşayan Türkiyə vətəndaşlardan əldə edilib.
Bu dövrdə Türkiyəyə gələn xarici turistlərin 76,2 faizini daha çox "səyahət, əyləncə, idman və mədəni fəaliyyətlər" təşkil edib.

İkinci yerdə 16,6 faizlə "qohum və dostları ziyarət etmək" üçün gələnlər tutub. Yerdə isə 3 faiz isə "alış-veriş" üçün Türkiyəyə gəlib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31