Azərbaycan Böyük Britaniyada keçiriləcək turizm sərgisində iştirak edəcək

Azərbaycan noyabrın 6-8 tarixlərində Böyük Britaniyanın London şəhərində keçiriləcək beynəlxalq turizm sərgisində (World Travel Market - WTM London) iştirak edəcək.

Olaylar.az xəbər verir ki, Azərbaycanı sərgidə Dövlət Turizm Agentliyi təmsil edəcək.

Artıq bununla bağlı hazırlıqlara başlanılıb.

Xatırladaq ki, "World Travel Market" sərgisi 1980-ci ildən keçirilir. Sərgi "ExCeL London" sərgi və konqres mərkəzində keçiriləcək. Son dəfə keçirilən sərgidə 182 ölkədən 5 min iştirakçı, 51 min qonaq iştirak edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31