Azərbaycan Yaponiyada keçiriləcək turizm sərgisində iştirak edəcək
29 Sentyabr 2023 12:16 TurizmAzərbaycan oktyabrın 26-29-da Yaponiyanın Osaka şəhərində keçiriləcək beynəlxalq turizm sərgisində ("Tourism Expo Japan") iştirak edəcək.
Olaylar.az xəbər verir ki, ölkəmizi sərgidə Dövlət Turizm Agentliyi təmsil edəcək.
Artıq bununla bağlı hazırlıqlara başlanılıb.
Xatırladaq ki, "Tourism Expo Japan" 2014-cü ildən keçirilir. Sərginin təşkilatçıları Yaponiyanın Səyahət və Turizm Assosiasiyası, Yaponiya Səyahət Agentlikləri Assosiasiyası (JATA) və Yaponiya Milli Turizm Təşkilatıdır (JNTO).
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31