Azərbaycana turist axını olacaq - DTA sədri
28 İyun 2022 12:21 Turizm"Ümid edirik ki, yaxın zamanda Azərbaycana turizm axını artacaq". Olaylar.az xəbər verir ki, bunu Turizm Nazirlərinin İslam konfransının XI sessiyasında çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib:
"Azərbaycan 30 il işğal altında olub. İƏT üzvləri isə bu istiqmətdə ciddi dəstək göstərib. Çox təəssüf ki, işğal altında olan şəhərlər dağıdılıb və xarabalığa çevrilib. Hazırda o torpaqlarda böyük işlər görülməkdədir. Ölkədə turizmin bu istiqamətdə bərqərar edilməsi üçün işlər görülür. Biz Azərbaycan ən gözəl turizm destinasiyasına çevirmək istəyirik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31