Bayram günlərində milli parkları 4553 turist ziyarət edib
4 May 2022 13:04 TurizmRamazan tətili günlərində Azərbaycanın milli parklarına 4553 turist səfər edib. "Olaylar" xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib. A.Babayevanın sözlərinə görə, bayram tətili günlərində ölkə ərazisində hava şəraiti o qədər əlverişli olmasa da, turistlər həvəslə milli parkları ziyarət edərək təbiətlə təmasda olmağa üstünlük veriblər: "Milli parklarımız əvəzolunmaz təbiət inciləridir və turistlər bu gözəllikləri ziyarət edərək həm füsunkar mənzərələrdən zövq alır, həm də vəhşi təbiətlə birbaşa təmas qurmuş olur".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31