Deputat turistlər üçün xəritələrdəki səhvlərdən danışdı
20 Dekabr 2021 14:11 Turizm"Ölkəyə gələn turistlər onlayn xəritələrdən istifadə edirlər. Bu xəritələrdə çox zaman bizim tarixi abidələrimizin adı səhv yazılır"."Olaylar" xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Erkin Qədirli deyib: "Mən öz qarşılaşdığım halları deyirəm. Məsələn, Zaqatalada rus kilsəsi var. Xəritəyə girirsən yazılıb ki, dağıdılmış gürcü kilsəsi. Bu Turizm Agentliyinin səlahiyyətlərinə aiddir, yoxsa yox? Bu işə ümumiyyətlə, baxan varmı? Turistlər gəlib yanlış təəssüratla ayrılırlar".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31