“Turizm haqqında” yeni qanun layihəsi ikinci oxunuşda qəbul edlib
20 Dekabr 2021 14:07 TurizmMilli Məclisin bu gün keçirilən iclasında "Turizm haqqında" yeni qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb."Olaylar"ın məlumatına görə, qanun layihəsi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikasında turizmin dayanıqlı inkişafını təmin etmək məqsədilə turizm sahəsində dövlət idarəetməsinin əsaslarını, turizm sənayesinin tənzimlənmə mexanizmlərini, turizm ehtiyatlarından səmərəli istifadə qaydalarını və turizm sahəsinin maliyyələşdirilmə mənbələrini müəyyən edir. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq qəbul edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31