Azərbaycanda turizm bələdçiləri dövlət tərəfindən milli sertifikatlaşdırılacaq
6 Dekabr 2021 12:22 TurizmAzərbaycanda turizm bələdçilərinin ilk dəfə dövlət tərəfindən milli sertifikatlaşdırılması prosesinə başlanılır. "OLAYLAR"-a Dövlət Turizm Agentliyindən bildirilib ki, Azərbaycan Turizm Bürosuna bununla bağlı sertifikasiya hüququ verilib.
Dekabrın 7-də bununla bağlı tədbir təşkil olunacaq. Tədbirdə Dövlət Turizm Agentliyinin və Azərbaycan Turizm Bürosunun rəhbərlərinin iştirakı gözlənilir.
Tədbir çərçivəsində, həmçinin Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının mətbuat konfransı keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31