Dövlət Turzm Agentliyi KİV nümayəndələri arasında müsabiqə elan edir

Dövlət Turizm Agentliyi və Medianın İnkişafı Agentliyi (MEDİA) KİV nümayəndələri və peşəkar fotoqraflar arasında müsabiqə elan edir.

"OLAYLAR" Agentliyə istinadən xəbər verir ki, "Azərbaycanın turizm potensialını tanıt" mövzusunda keçirilən müsabiqə 20 sentyabr - 20 oktyabr 2021-ci il tarixlərini əhatə edəcək.

Müsabiqədə iştirak edən yazı, TV süjet və fotolar 5 nəfərdən ibarət müstəqil münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

Hər nominasiya üzrə 1-ci yerin sahibləri cari ilin noyabr ayında BƏƏ-nin Dubay şəhərində keçiriləcək "EXPO 2020 Dubai" tədbirində Azərbaycan pavilyonunun ziyarət etmək üçün 3 günlük iştirak haqqı qazanacaq. 2-ci yerin sahibləri Şuşaya 3 günlük səfər ("Xarı Bülbül" hoteli),  3-cü yerin sahibləri isə "Şahdağ" Turizm Mərkəzinə ("Şahdağ Hotel və Spa") 3 günlük səfər haqqı qazanacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31