Milli parklara səfər edən turistlərin sayı artır

Milli parklara səfər edən turistlərin sayı artır. "OLAYLAR"-ın xəbərinə görə, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova bildirib ki, milli parklarımıza 2021-ci ilin əvvəlindən bugünədək ümumilikdə 195 015 nəfər turist səfər edib. Gələnlərin əksəriyyəti yerli turistlər olsa da, ziyarətçilər arasında çoxlu sayda xaricilər də olub.

Xidmət rəsmisinin sözlərinə görə, son illər milli parklara gələn turistlərin sayında artım müşahidə olunur ki, bu da ilk növbədə insan-təbiət vəhdətinin qurulması istiqamətində aparılan ardıcıl maarifləndirmə, təbliğat işləri ilə yanaşı, ekoturizmin təbliği məqsədilə milli parklarda təşkil olunan maarifləndirici tədbirlərlə əlaqədardır.

"Biz bu gün xüsusi iftixarla deyə bilərik ki, milli parklarımızın hamısı əvəzolunmaz təbiət inciləridir və turistlər bu gözəllikləri həvəslə ziyarət edərək, həm füsunkar mənzərələrdən zövq ala bilir, həm də vəhşi təbiətlə birbaşa təmas qurmuş olur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31