Rusiyalı turistlər üçün müsabiqə keçirilir

Rusiyalı turistlər üçün müsabiqə keçirilir

Azərbaycan Turizm Bürosu tərəfindən Rusiyanın məşhur https://sletat.ru onlayn platforması ilə birgə onlayn kampaniyaya start verilib.  "OLAYLAR"-a Dövlət Turizm Agentliyindən bildirilib ki, kampaniya çərçivəsində Azərbaycanın turizm potensialını tanıtmaq və rusiyalı turistləri mövcud turizm imkanları ilə tanış etmək məqsədilə müsabiqə keçirilir.

Müsabiqəyə əsasən paytaxtın əsas turizm məkanları, xizək kurortları, sağlamlıq turizmi mərkəzləri və qastronomik turizm nümunələrinin hər birindən ən az birini seçməklə individual turizm marşrutu hazırlamaq mümkündür. 

Yanvar ayının 31-nə kimi davam edəcək müsabiqədə iştirak etmək üçün əsas şərt https://sletat.ru/special/azerbaijan/ səhifəsinə daxil olaraq qeyd olunan məkanlar arasında seçim etməklə turizm marşrutu hazırlamaq və sosial şəbəkələrdə paylaşmaqdır. Müsabiqənin sonunda 3 təsadüfi qalib seçilərək aviabilet, hotel, transfer, xizək keçid bileti daxil olmaqla Azərbaycana səfər ilə mükafatlandırılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31