Neftçilər prospektində təmir işləri aparılacaq
16 Fevral 2022 13:37 TikintiNeftçilər prospektindən Yusif Səfərov küçəsinin kəsişməsinədək olan hissədə 16 fevral saat 21:00-dan etibarən 17 fevral səhər saatlarınadək təmir işləri aparılacaq.
"OLAYLAR" Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, bu üzdən sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
Yarana biləcək müvəqqəti narahatlığa görə üzr istəyirik.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31