Cari ilin 9 ayında 540 km uzunluğunda avtomobil yolu yenidən qurulub
28 Oktyabr 2021 14:43 Tikinti2021-ci ilin 9 ayı ərzində 540 km uzunluğunda avtomobil yolu, prospekt və küçə inşa edilib, yenidən qurulub və təmir edilib.
"OLAYLAR" xəbər verir ki, bu barədə açıqlamanı Avtomobil Yolları Dövlət Agentliyi yayıb. Bildirilib ki, bunun 103.5 km-i rüspublik əhəmiyyətli, 312.5 km-i yerli əhəmiyyətlidir.
Yenidən qurulan və təmir edilən yolların 124 km-i Bakı şəhərinin payına düşür.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31