Şuşada DOST mərkəzi açılacaq - Rəsmi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyi YAŞAT Fondu və Bakı Konqres Mərkəzinin dəstəyi ilə Bakı Konqres Mərkəzində "Hərə bir qəhrəman oldu" adlı tədbir keçirilib.

Olaylar.az  xəbər verir ki, tədbir Azərbaycan Ordusunun möhtəşəm Zəfərlə başa vurduğu 44 günlük Vətən müharibəsinin ildönümü ilə əlaqədar təşkil olunub.

Tədbir Birinci Qarabağ müharibəsi şəhidlərinin müxtəlif sahələrdə uğur qazanmış övladlarının İkinci Qarabağ müharibəsi şəhidlərinin yeniyetmə övladları ilə görüşünü təşkil etmək, onlara mənəvi dəstək olmaq məqsədi daşıyır.

Tədbirin açılışında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli, DOST Agentliyinin sədri Fərid Məmmədov, YAŞAT Fondunun rəhbəri Elvin Hüseynov və digər rəsmilər iştirak ediblər.

Nazir müavini Vüsal Nəsirli bildirib ki, DOST mərkəzlərinin işğaldan azad olunmuş ərazilərdə yaradılması da nəzərdə tutulub.

Vüsal Nəsirlinin sözlərinə görə, ilk DOST mərkəzi 2022-ci ildə Şuşada yaradılacaq. Ümumilikdə Qarabağın hər bölgəsinin DOST mərkəzləri ilə əhatə olunması nəzərdə tutulub

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31