Bakıda bu ərazidə də metro stansiyası tikiləcək - RƏSMİ
21 Sentyabr 2021 20:02 TikintiBakı metrosunda Bənövşəyi xətt üzrə inşa ediləcək 5-ci yeni stansiyanın yeri müəyyən edilib.
Bu barədə Bakı Metropoliteni" QSC-nin Tikinti Departamentinin baş mühəndisi Yaqub Musayev deyib.
O bildirib ki, yeni stansiyanın yeri artıq məlumdur: "Yeni stansiya Nizami metrostansiyasına yaxın ərazidə inşa ediləcək. Stansiya "Beşmərtəbə" deyilən binanın arxasında, Doğum evinin yanında inşa ediləcək".
Xatırladaq ki, bu gün Bakı metropoiteni paytaxtda sayca 27-ci, Bənövşəyi xətt üzrə isə 4-cü metro stansiyasının tikintisinə başlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31