Xocasən yeni stansiyanın istifadəyə veriləcəyi TARİX AÇIQLANIB
Bakı Metropoliteninin əməkdaşı Bəxtiyar Məmmədov mediyaya açıqlamasında “Xocasən” yeni stansiyanın istifadəyə veriləcəyi tarixi batəsində açıqlamasında bildirib
19 Avqust 2021 15:25 TikintiOlaylar.az xəbər verir ki, Bakı Metropoliteninin əməkdaşı Bəxtiyar Məmmədov mediaya açıqlamasında "Xocasən" yeni stansiyanın istifadəyə veriləcəyi tarix haqqında danışıb.
Məlumata görə, Bənövşəyi xətt üzrə keçəcək yerüstü metro stansiyasının istifadəyə verilməsi 2022-ci ilin sonuna qədər planlaşdırılıb. Xocasən qəsəbəsində yaşayan sərnişinlər "Avtovağzal" stansiyasına daha rahat gələ biləcəklər. Xocahəsən elektrik deposunun 3 mərhələdən ibarət inşası planlaşdırılır. Hazırda birinci mərhələ üzrə işlər sürətlə davam edir. Ümumilikdə, 2027-ci ilə qədər yeni 11 metro stansiyasının inşası nəzərdə tutulub.