BNA daha bir küçədə yol hərəkəti təkmilləşdirir

Paytaxt ərazisində yol hərəkətinin təkmilləşdirilməsi, nəqliyyat şəraitinin yaxşılaşdırılması, piyada təhlükəsizliyinin təmin olunması istiqamətində növbəti tədbirlər Xətai rayonu, İnqilab İsmayılov küçəsində həyata keçirilib. "OLAYLAR"-a Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, BNA tərəfindən əvvəlcədən hazırlanmış layihəyə əsasən sözügedən küçədə: səkilər inşa edilib, yolun hərəkət koridoru hər istiqamət üzrə 1 hərəkət zolağı olaraq layihələndirilməklə yolda yaranan ensiz boğazlar (butulka effekti) aradan qaldırılıb. Bundan başqa nəqliyyat axınına maneə yaratmayacaq formada yeni "cib" tipli parklanma yerləri təşkil edilib, kəsişmələrdə və piyada keçidlərindən səki çıxıntıları inşa edilməklə keçidlər daha təhlükəsiz hala gətirilib, avtobus dayanacaq məntəqələrinin yeri dəyişdirilməklə çarpaz formada yerləşdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31