Barı qoyun Leylinin həyası üzündə qalsın
17:43 Teatr və kinoSənət adamları və əsil sənətkarlar arasındakı rəqabəti , umu- küsünü gördük , kitablardan oxuduq .
Məsələn , R. Behbudovla Bülbülün , Q. Qarayevlə F.Əmirovin Niyazinin araları bir ömür soyuq olub.
Firidun Şuşinski öz xatirələrində bunların hamısı haqqında çox geniş yazıb.
Korifey sənətçilər nədənsə inciyib ayrılıblar. Ölüncə də barışmayıblar.
Vəssalam.
Sonra Flora xanımla İlhamənin davalarına şahid olduq.
Onlar da bir- biriylə ölüncə mədəni şəkildə çəkişdilər.
İlhamə xanım haqq dünyasına köçən kimi digər xanım susdu .
İndikilərin sənət gözlərinin dedşyinə girsin , burunlarından gəlsin.
Dihdirim həcilərin , pulu çox ,ağlı yox ilanqırxanların üstündə bir- birlərini elin qabağında qırırlar.
Biz elə əzəldən yelə gedənik , dınqıltıya yüyürənik.
Belələrinə niyə zulumnan qazandığınızı yedizdirir siz.
İstirahət günüdü , haranı açırsan , it kimi bir- birlərini yeyirlər.
Vəfa gəlir ,ağzının ayranını dağıdır , hər latayırı deyir gedir . İndi də afat aparmış Afət gəlir.
Bu camaat niyə sizin kişi üstündə gedən müharibənizdən doğan əxlaqsız danışıqlarınızı dinləsin ??.
Bunların görəsən elə hamısı yiyəsizdirmi?
Nəsillərində çəkinəsi bir kişi qırıntısı qalmayıbmı??.
Səhər açılan kimi hamınız yüyürüb bu tərbiyəsizləri gətirib məclisinizin təpəsində oturdub ,boş başlarından pul səpəcəksiz.
Sovet vaxtı komsomol toyları olurdu .
Heyif deyildi.
Kasıb cavanlar bir otaqda yeyib - içib maqnitafon çaldırıb ,oynayıb dağılırdılar.
Gedirdilər ,xoşbəxt olmağa.
Olurdular da.
Pulum başımdan aşsa , elə əxlaqsızları toyuma gətirmərəm.
İnsanlar bunlara üz qarası kimi baxsalar , bəlkə düzələrlər.
( Pula xatir)
Ona da inanmaq olmaz.
Nəyidi , o müəllim deyirdi ey, yazara hörmət qoysaq ,hamı qaçıb kitab yazacaq.
Vurma cədvəli cəhənnəm , öz adını yaza bilməyən ,məktəb görməyən yekəpər arvadlar hamısı qaçıb dolub səhnələrə.
Boşanıb olublar damcı , damla , qaranəfəs , beybafa, evyıxan , nə bilim ey qoyun qığı, cəhrə qırığı...
Millət də o tərbiyəsizləri məclisinə gətirmək üçün sıraya düzülüb.
Yaşı əllini keçmiş sənətkarımız da bizdən küsür ki, niyə mənim Leyli oynamağımı gözünüz götürmür.?.
Ay bajı, qadan alım , gərək sən özün - özünə bu pisliyi eləmiyəsən axı.
Leylini atan əkməyib , anan doğmayıb. Məcnun xalanın oğlu deyil.
Gözəl Nəzakət xanım , otuz illik Leylisiz , doymadınız ?
Elə gözəl , incə - mincə əsil Leylisifət ,cavan xanəndələrimiz yetişiblər. Qoy indi də onlar oxusunlar dayna.Bu nəyin ərköyünlüyüdü?
Qaşların döymə , burnun kəsilib , üzün nə gündə , kilon səksən.
Belə Leyli olmaz axı.
Barı qoyun Leylinin həyası üzündə qalsın .
Nizami , Füzulini qoyduq bir qırağa , böyük Üzeyiri sayın , hörmət eləyin.
Bircəxanım