Qurban Səidin "Əli və Nino" əsəri əsasında çəkilmiş eyniadlı film nümayiş olunub- Avstraliyada

Noyabrın 30-da Avstraliyanın Sidney şəhərində  Qurban Səidin "Əli və Nino" əsəri əsasında çəkilmiş eyniadlı film kinoteatrlarda nümayiş olunub. Tədbir Heydər Əliyev Fondu,  Azərbaycanın Avstraliyadakı səfirliyinin dəstəyi və Avstraliyada fəaliyyət göstərən  Azərbaycan assosiasiyalarının birgə təşkilatçılığı ilə keçirilib. Tədbirdə Tatarıstan icması, azərbaycanlılar, Türkiyənin Avstraliyadakı baş konsulu  Ali Sevim,  Avstraliya Federal İşçi Partiyasının keçmiş millət vəkili Laura Ferguso, həmçinin,  Avstraliya-Türkiyə İqtisadi Təşkilatının üzvləri də iştirak ediblər.
Filmin ssenari müəllifi Elvin Mirzəyevdir.  Baş rollarda  Elvin Mirzəyev, Nigar Həsənzadə, Ayşad Məmmədov, Rövşən Məmmədli  çəkilib.
Qeyd edək ki, istehsalçısı TREM TV Pradakşn olan filmin premyerası ilk dəfə 27 dekabr 2016-cı ildə Bakıda baş tutub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31