Tanınmış kinorejissor VƏFAT ETDİ
29 May 2023 19:47 Teatr və kinoTanınmış kinorejissor, Əməkdar artist Elxan Qasımov mayın 29-da vəfat edib.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqı məlumat yayıb.
Elxan Məmməd oğlu Qasımov 1945-ci il aprelin 24-də Naxçıvanda anadan olub. "Əhməd haradadır" filmindən "sürücü Əhməd" kimi tanınan Elxan Qasımov 1969-cu ildən "Azərbaycanfilm" kinostudiyasında işləyirdi. Bədii, sənədli filmlərin, "Mozalan" süjetlərinin müəllifidir.
Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 2000-ci ildə "Azərbaycanın Əməkdar artisti" fəxri adına layiq görülüb.
Elxan Qasımov tamaşaçıların, həmkarlarının yadında o həmişə səmimi, sadiq dost, vətənsevər şəxsiyyət, istedadlı həmkar kimi qalacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31