“Atabəylər: Şəmsəddin Eldəniz”: ilk tarixi seriala aktyorların seçimi davam edir - VİDEO + FOTO

Xəbər verdiyimiz kimi, Azərbaycanda ilk dəfə çoxseriyalı tarixi bədii televiziya filmi çəkiləcək. AzTV-də yayımlanacaq serial iki mövsümdən ibarət olacaq, ilk mövsüm "Atabəylər: Şəmsəddin Eldəniz" adlanır.

"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin İctimaiyyətlə əlaqələr və sosial media şöbəsinin məlumatına görə, filmində rol alacaq aktyorlarının seçim mərhələsi keçirilir. Dekabrın 17-də Musiqili Komediya Teatrında həyata keçirilən seçim müsabiqəsinin ikinci günündə Mədəniyyət naziri Anar Kərimov da iştirak edib.

Münsiflər heyəti ekran işinə həyat verəcək ən layiqli aktyorları üzə çıxarmağa çalışırlar.

Bildirilib ki, bu filmdə çox sayda aktyorlar olmalıdı., baş rollar çoxdu. Hazırda ilk 8 bölüm üçün aktyor seçimi edilir.

Sui-qəsdlər, döyüş səhnələri, saray intriqaları, sevgi hekayələri ümumilikdə "Atabəylər: Şəmsəddin Eldəniz" serialı Azərbaycan kino sənayesində yenilikdir.

AzTV-də yayımlanacaq serial 2 mövsümdən ibarət olacaq. İlk mövsüm "Atabəylər: Şəmsəddin Eldəniz" adlanır. Serialda tariximizin 12-13-cü əsrlərinə müraciət edilməklə Azərbaycan Atabəylərinin qurduğu dövlətin nəhəng sərhədlərinə diqqət çəkiləcək. həmin dövrün ədəbi-bədii həyatı da diqqətdə saxlanılacaq.

Mədəniyyət Nazirliyi, "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu, Azərbaycan İlahiyyat İnstitutu və "İMZA" Sosial İnkişafa Dəstək İctimai Birliyinin tərəfdaşlığı ilə ərsəyə gələcək filmin çəkilişi "Şahdağfilm"ə həvalə olunub.

"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti ölkəmizin ən qocaman televiziya və radio qurumudur.

QSC-nin nəzdində hazırda 3 televiziya kanalı - AzTV, Mədəniyyət TV və İdman TV, 2 radio kanalı - Azərbaycan Radiosu və Beynəlxalq Radio, həmçinin media sahəsində mütəxəssis yetişdirən Teleradio Akademiyası fəaliyyət göstərir.

Azərbaycan Radiosu 1926-cı il noyabrın 6-da, Azərbaycan Televiziyası 1956-cı il fevralın 14-də,  İdman TV 2009-cu il fevral ayının 1-də, Mədəniyyət TV isə 2011-ci il fevral ayının 14-də yayıma başlayıb. 2021-ci ildən tv kanalları HD formatında yayımlanır.

QSC-nin dünyada 10-dan çox müxbir məntəqələri fəaliyyət göstərir. 2007-ci ildə Avropaya yayımın texniki səviyyəsinə görə AzTV "Avropa keyfiyyəti" medalına layiq görülüb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 sentyabr 2019-cu il tarixli sərəncamı ilə Rövşən Məmmədov "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib. 2019-cu ildən QSC-də uğurlu islahatlar başlayıb, qurumun nəzdində fəaliyyət göstərən TV kanalları rebrendinq olunub.

Materialın linki:

Fotoların linki: https://we.tl/t-HARYqoRcwC

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31