Vətən müharibəsindən bəhs edən film çəkilir
10 Sentyabr 2022 16:53 Teatr və kinoAzərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2022-ci il kiçik qrant müsabiqəsinin qalibi "Davamlı İqtisadi və Sosial Maarifləndirmə" ictimai birliyinin Vətən müharibəsindən bəhs edən "Zəfər tariximiz" adlı layihəsi çərçivəsində təqdim olunacaq filmin çəkilişləri üçün Vətən müharibəsi şəhidi Telman Kəlbiyevin ailəsi, qazilərimiz Ruslan Şıxıyev və Ceyhun Sədrayevlə görüş keçirilib.
Bu barədə "OLAYLAR"-a ictimai birliyin sədri Kubra Əliyarlı bildirib ki, Vətən müharibəsində Azərbaycan ordusunun qüdrəti, qəhrəmanlığı, tarixi torpaqlarımızın işğaldan azad edilməsi və hazırda orada aparılan quruculuq işləri daim təbliğ edilməlidir: "Zəfər tariximiz bütün dünyaya çatdırılmalıdır. Layihənin icrasında və filmin çəkilməsində də məqsəd budur. Şəhid ailəsi və və qazilərimizlə söhbət zamanı qəhrəman oğullarımızın cəsarətindən və sonsuz Vətən sevgisindən qürur hissi ilə bəhs etdik. Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı diləyirik".
Qeyd edək ki, layihə çərçivəsində ərsəyə gələcək film və kitabça oktyabr ayında təqdim olunacaq.
Süleyman İsmayılbəyli