“Kuruluş Osman” Şuşada çəkiləcək
7 İyul 2022 14:19 Teatr və kinoTürkiyənin ATV kanalında yayımlanan "Kuruluş Osman" serialının 3-cü sezonunun bir neçə bölümünün Şuşada çəkiləcəyi iddia olunur.
Burak Özçivitin Bakıya gəlişinin digər səbəblərindən biri də bu imiş.
Serialın ötən bölümlərindən birində Osman bəyin başına toplaşan əsgərlərə "Şərqdəki Şuşa da bizimdir" deməsinin də, gələcəkdəki hadisələrin burada cərəyan etməsinə eyham olduğu bildirilir.
Qeyd edək ki, "Kuruluş Osman"da həmyerlimiz, Avropa çempionu Zabit Səmədov da rol alır. Daha əvvəl isə Səmədovun oynadığı Gence Bəy Şuşadan müharibədən gəldiyini, düşmənləri iti qovan kimi qovduqlarını demişdi.
Onu da bildirək ki, serial yeni televiziya mövsümündən AzTV-də də yayımlanacaq.
Olay.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31