Azərbaycanlı aktrisa “Netflix”də yayımlanacaq filmdə rol aldı - FOTO

Aparıcı və aktrisa Turanə Hüseynli "Netflix" platformasında yayımlanacaq filmdə rol alıb.

Olaylar.az "Report"-a istinadən xəbər verir ki, aktrisanın çəkildiyi ekran işi Hindistan Kinematoqrafçıları tərəfindən lentə alınıb.

"KakP" adlanan filmin rejissorları Ankuş Madan Mohla və Gilerme Barettodur. Çəkilişləri Bakıda aparılan layihəni "Disney+Hotstar" şirkəti ərsəyə gətirib.

Filmin, eyni zamanda Hindistanın "Netflix" platformasında yayımlanması planlaşdırılır.

Qeyd edək ki, Turanə Hüseynli indiyədək "Xosrov və Şirin", "İfşa" seriallarında, "Həmrəylik" filmində rol alıb. O, həmçinin AYV-də yayımlanan "Oralar", İctimai Televiziyada "Sabahın xeyir, Azərbaycan!", "Haradasan bu vaxtacan?" verilişlərinin aparıcısı olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31