Bakıda Macarıstan kinosu festivalı keçirilir
7 May 2022 18:45 Teatr və kinoMacarıstanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Bakıda Macarıstan kinosu festivalı keçirilir.
Olaylar.az xəbər verir ki, mayın 8-dək keçiriləcək festival çərçivəsində üç film nümayiş etdiriləcək.
Qeyd edək ki, kinofestivalın ilk günündə tamaşaçılara "Buşo" festivalında iştirak etmiş qısametrajlı filmlər təqdim olunub. Onlar arasında "Stipendium Hungaricum" təqaüd proqramı çərçivəsində Macarıstanda təhsil alan azərbaycanlı tələbələrin çəkdiyi 2 qısametrajlı film də var.
Festivalın həmçinin dram janrında lentə alınmış "Toksikomo" filmi nümayiş olunacaq. Sonuncu gündə kinofestivalın qonaqları "Buğanın laylası" komediyasını da izləyəcəklər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31