“Qazax. Qızıl adamın əhvalatı” filminin Azərbaycanda premyerası keçirilib

Bu gün Nizami Kino Mərkəzində Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev haqqında çəkilən "Qazax. Qızıl adamın əhvalatı" filminin premyerası baş tutub.

Mərasimdə Qazaxıstan Səfirliyinin nümayəndələri, Azərbaycanın mədəniyyət və incəsənət nümayəndələri və filmin rejissoru İqor Lopatonok iştirak edib.

Qonaqları salamlayan İqor Lopatonuk filmin çəkiliş prosesi haqqında qısa məlumat verib. O, Azərbaycanda filmin təqdimatının baş tutmasından məmnun olduğunu bildirib: "Bu film iki il müddətində ərsəyə gəlib. İnanıram ki, ekran işi həqiqətən də xoşunuza gələcək. Filmi izləməyə gələn hər kəsə təşəkkürümü bildirirəm".

Qeyd edək ki, məşhur amerikalı rejissor Oliver Stoun da filmin rejissorlarından biridir.

Film ilk dəfə iyulun 6-da -Nazarbayevin doğum günündə Qazaxıstanın "Xabar" telekanalında yayımlanıb, dünya premyerası isə Roma Kinofestivalı çərçivəsində baş tutub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31