Məleykə Əsədova yeni görkəmdə: “Xarici gözəllik gedəridir” - FOTOLAR
3 Oktyabr 2021 20:46 Teatr və kinoXalq artisti Məleykə Əsədova imicində dəyişiklik edib.
Aktrisa yeni görkəmdə olan fotolarını sosial şəbəkə hesabında paylaşıb. 54 yaşlı Məleykənin imici izləyicilərin zövqünü oxşayıb.
Əsədova paylaşımına belə şərh verib: "Xarici gözəllik gedəridir, daxili gözəlliyinizi qoruyun. O, sizin bənizinizi nurla bəzəyəcək, bax, əbədi gözəllik insanın üzündəki nurdur. Nur da daxilin səsidir!"
İzləyiciləri xalq artistinin fotolarına təriflər yağdırıb.
Mənbə: azxeber.com



Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31